Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir m...
Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir
Cəmiyyət

Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir

Xpress.az Redaksiyası 15.10.2025 07:09

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.

DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Modern.az-ın məlumatına görə, Ramiz Mehdiyev hazırda Təhlükəsizlik Şurasının üzvüdür. 

O, bu vəzifəyə 2019-cu ildə təyin edilib.

87 yaşlı akademikin oğlu Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Onların vəzifələrində qalıb-qalmayacağı yaxın günlərdə məlum olacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək