Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dai...
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib
İqtisadiyyat

Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib FOTO

Xpress.az Redaksiyası 05.11.2025 13:58

Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, eləcə də özəl sektor və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib. 

Agentlikdən Xpress.az-a bildirilib ki, 40-a yaxın nümayəndənin qatıldığı görüşdə Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin tənzimlənməsinin təşkili üzrə rəqabət orqanı tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi metodları” mövzusunda təqdimatla çıxış edib. 

Çıxış zamanı ölkəmizdə rəqabət siyasətinin əsas prinsipləri iştriakçıların diqqətinə çatdırılıb, dövlət orqanları, yerli özünüidarəetmə orqanları, eləcə də tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı məlumat verilib, subsidiyaların və digər dövlət yardımlarının verilməsi, bu sahədə tənzimləmə fəaliyyətinin rəqabətə təsirlərinin qiymətləndirilməsi məsələləri izah edilib.

Görüşdə, həmçinin rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, eləcə də dövlət orqanlarının rəqabəti pozan davranışlarına qarşı sanksiya və göstərişlərin tətbiqi mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək