Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur?
Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur?
Cəmiyyət

Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur?

Xpress.az Redaksiyası 16.10.2025 17:45

“Metronun “Koroğlu” stansiyasının yaxınlığından Mehdiabada gedərkən “Bolt” taksi operatoru vasitəsilə taksi sifariş etdikdə sərnişinlərdən 2 manat əlavə ödəniş tələb olunur. Bir ilə yaxındır ki, müştərilərə qiyməti əvvəlcə ucuz, gediş bitdikdən sonra isə əlavə 2 manat ödəniş alırdılar. İndi isə açıq şəkildə sifarişi təsdiqləmə mərhələsində yola görə 2 manat əlavə olunacağı qeyd olunur”.
 Bakı sakini İlyas Heydərov müraciət edib.

Onun sözlərinə görə, sifarişə 2 manat əlavə olunması Böyükşor-Pirşağı avtomobil yolundan istifadə ilə əlaqədardır: “Həftədə 3 dəfə bu istiqamətdə taksi sifariş edirəm. Normalda həmin məsafəyə görə 8 AZN ödəniş yazılırdısa, artıq üzərinə 2 manat əlavə olunur. Yəni, 10 manat pul verməli oluruq. Bu, Böyükşor-Pirşağı avtomobil yolundan istifadəyə görə belədir. Əvvəl sürücüdən xahiş edirdik, o yoldan getmirdi, artıq onu da nəzərə almırlar”.

Problemlə bağlı “Bolt” şirkəti ilə əlaqə saxladıq. Şirkətin PR meneceri Nigar Kazımova sorğumuza cavab olaraq bildirdi ki, sözügedən məsələ araşdırılıb və yaranan problem tezliklə aradan qaldırılacaq: “Qeyd olunan sifariş üzrə səfərin qiyməti düzgün hesablanıb.

Lakin proqram təminatındakı nasazlıq səbəbindən qiymətin bölgüsü sistemdə səhv göstərilib. Ümumi məbləğ tətbiqdə tam və düzgün şəkildə əks olunub. Proqram təminatında qiymət bölgüsü ilə bağlı nasazlıqla əlaqədar baş ofisə artıq müraciət edilib və problemin yaxın zamanda aradan qaldırılması gözlənilir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək