12 pendir markası ifşa olundu: Nazirlik saxta məhsulların siyahısını açıqladı
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin apardığı son yoxlamalar nəticəsində 12 pendir məhsulunun saxta və ya təqlid edildiyi müəyyən edilib. Antalya, Aksaray və Bursa bölgələrində istehsal olunan bəzi pendir markalarının tərkibində qanunsuz inqrediyentlər aşkar edilib.
Xpress.az xəbər verir ki, nazirlik bu barədə ictimaiyyətə rəsmi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, 5996 saylı “Baytarlıq Xidmətləri, Bitki Sağlamlığı, Qida və Yem haqqında” Qanunun 31-ci maddəsinin 6-cı bəndinə əsasən aparılan yoxlamaların nəticələri ictimaiyyətlə bölüşülür.
🧀 “Təqlid edilmiş və ya saxtalaşdırılmış qidalar” siyahısında olan pendir markaları
YEŞİL TOROS – yarı yağlı təzə kaşar pendiri (2 kq) – Antalya / Döşemealtı
SÜHABEY – tam yağlı təzə ağ pendir – Aksaray / Ortaköy
SÜHABEY – yarı yağlı təzə ağ pendir – Aksaray / Ortaköy
SÜHABEY – tam yağlı ağ pendir – Aksaray / Ortaköy
SÜHABEY – tam yağlı ağ pendir – Aksaray / Ortaköy
SÜHABEY – tam yağlı ağ pendir – Aksaray / Ortaköy
SÜHABEY – tost üçün tam yağlı ağ pendir – Aksaray / Ortaköy
SÜHABEY – tam yağlı təzə ağ pendir – Aksaray / Ortaköy
ERTAT – az yağlı ağ pendir – Aksaray / Ortaköy
SAYRAÇ – tam yağlı ağ pendir – Aksaray / Ortaköy
ANADOLU CİHANGİR – tam yağlı təzə ağ pendir – Aksaray
ANADOLU CİHANGİR – mozzarella pendiri (2 kq) – Bursa / Osmanqazi