28 oktyabr —Tarixdə bu gün
2020-ci il: Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, həmçinin Qubadlı rayonunun Qiyaslı, Ədilcə və Qılıcan kəndlərini Ermənistanın işğalından azad edib.
Həmin gün Ermənistan Silahlı Qüvvələri Tərtər rayonunun mərkəzini, qəsəbə və kəndlərini artilleriya, raket və kaset bombalı silahlarla intensiv atəşə tutub.
Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə “Smerç” raketləri ilə hücumu nəticəsində 21 nəfər həlak olub, 83 nəfər yaralanıb.
1998-ci il Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib və andiçmə mərasimi keçirilib.
Dünyada isə bu tarix növbəti hadisələrlə yadda qalıb.
1492 Xristofor Kolumb Kuba adasını kəşf edib.
1886 ci-ildə Nyu-Yorkdakı Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirilib.
1918: Birinci Dünya müharibəsinin sonunda Çexoslovakiya Avstriya-Macarıstan imperiyasından ayrılaraq müstəqilliyini elan edib.
1940 cil-də İtaliya ordusunun Yunanıstana hücumu ilə ölkə İkinci Dünya müharibəsinə qoşulub.
1962-ildə isə Karib böhranı zamanı Nikita Xruşşov Kubadakı sovet raketlərinin söküləcəyini elan edib.