Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “44” filminin çəkilişləri başa çatdı
“44” filminin çəkilişləri başa çatdı
Cəmiyyət

“44” filminin çəkilişləri başa çatdı

Xpress.az Redaksiyası 06.11.2025 21:00

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin çəkilişləri başa çatıb.

 Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial mediada paylaşım edib.

A.Ələkbərov qarşıdakı post-prodakşn mərhələsində ciddi və məsuliyyətli işlərinin olduğunu qeyd edib.

"4 il ərzində böyük zəhmətlə üzərində çalışdığımız "44" bədii filminin çəkilişləri bu gün uğurla başa çatdı. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək