Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 511 nəfər ölkədən qaçmağa çalışıb-
511 nəfər ölkədən qaçmağa çalışıb-
Cəmiyyət

511 nəfər ölkədən qaçmağa çalışıb- DSX

Xpress.az Redaksiyası 01.11.2025 16:50

Ötən ay Azərbaycandan çıxışı qadağan edilmiş 511 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin oktyabr ayının icmalında qeyd edilib.

Bildirilib ki, sözügedən dövrdə sərhəd rеjim qaydalarını pоzduqlarına görə 757 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 329 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Ölkədən çıxışı qadağan edilmiş 511 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 48 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək