Cəmiyyət
Aeroport yolunda yük maşını aşdı, tıxac yarandı - FOTO
Xpress.az Redaksiyası
05.11.2025 08:42
Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində yük avtomobili aşıb.
Xpress.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində yaranan sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
