Cəmiyyət
Ağ şəhərdə sakinlər asayişin pozulmasından boğaza yığılıblar
Xpress.az Redaksiyası
04.11.2025 21:00
Xətai rayonu, Ağ şəhər ərazisində gecə saatlarında ictimai asayişin pozulması halı ilə bağlı sakinlər narazılıq edirlər.
Sakinlərin sözlərinə görə, demək olar ki, hər axşam eyni vəziyyət təkrarlanır.
Bir neçə avtomobil musiqiyə yüksək səs verərək ərazidə yaşayanların narahatlığına səbəb olurlar.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.