Cəmiyyət
Aktyor Vahid Əliyev dünyasını dəyişdi
Xpress.az Redaksiyası
06.11.2025 18:42
Xpress.az xəbər verir ki, tanınmış teatr və kino aktyoru, Əməkdar artist Vahid Əliyev vəfat edib.
Məlumata görə, aktyor 6 noyabr 2025-ci il tarixində dünyasını dəyişib. O, uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib və bir çox yaddaqalan obrazların müəllifi olub.
Vahid Əliyev 1952-ci ildə Tovuzda anadan olub, 1974-cü ildə İncəsənət İnstitutunu bitirib və 2011-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.