Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Artıq iPhone-lar da Android telefonlar kimi “zəlz...
 Artıq iPhone-lar da Android telefonlar kimi “zəlzələ bildirişi” göndərəcək
Cəmiyyət

Artıq iPhone-lar da Android telefonlar kimi “zəlzələ bildirişi” göndərəcək

Xpress.az Redaksiyası 06.11.2025 17:00

Apple, istifadəçi təhlükəsizliyini ən yüksək səviyyəyə qaldırmaq məqsədilə Android telefonlarda olduğu kimi zəlzələ xəbərdarlıq sistemini yeni yeniləmə ilə birlikdə aktivləşdirəcək.

Apple, iOS 26.2 yeniləməsi ilə zəlzələ xəbərdarlıqları sahəsində yeni bir addım atır.
Bu yeniləmə ilə birlikdə “Genişləndirilmiş Təhlükəsizlik Bildirişləri” adlı yeni funksiya təqdim olunur və istifadəçilər zəlzələ və digər təcili təhlükələr barədə daha sürətli və effektiv şəkildə məlumat alacaqlar.

Parametrlər menyusundakı “Bildirişlər” bölməsində yerləşən bu funksiya sayəsində istifadəçilər bulundıqları bölgəyə uyğun xəbərdarlıqları fərdiləşdirə biləcəklər.
Bundan əlavə, Apple bu sistemin daha dəqiq işləməsi üçün istifadəçinin təxmini yerləşmə məlumatlarını paylaşmasına da imkan verir.

Apple-ın bu addımı mövcud Təcili Bildiriş Sistemi üzərində qurulub.
Android cihazlarda illərdir oxşar sistemlər işləyir və bu sayədə çox sayda insanın həyatı xilas olunub.
Apple da eyni şəkildə zəlzələ anında kritik saniyələr qazanmağı hədəfləyir.

iOS 26.2 yeniləməsi ilə bu funksiyaya xüsusi bir bildiriş səsi də əlavə olunacaq.
İstifadəçilər zəlzələ bildirişlərini bu yeni səs vasitəsilə alacaqlar və beləliklə zəlzələ və digər təcili vəziyyət bildirişlərini dərhal fərq edəcəklər.

Hazırda bu sistemin Türkiyədə istifadəyə veriləcəyi barədə dəqiq məlumat yoxdur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək