Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Avtomobillərdə çipli nömrələr
Avtomobillərdə çipli nömrələr
Cəmiyyət

Avtomobillərdə çipli nömrələr LƏĞV OLUNUB - RƏSMİ

Xpress.az Redaksiyası 30.10.2025 23:52

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb.

Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.

Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək