Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycan Dövlət Dəniz Akademiyasında Səudiyyə Ər...
Azərbaycan Dövlət Dəniz Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının səfiri ilə dənizçilik təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Cəmiyyət

Azərbaycan Dövlət Dəniz Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının səfiri ilə dənizçilik təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Xpress.az Redaksiyası 05.11.2025 18:45

Noyabrın 3-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib. ADDA rəhbəri qonağı salamlayaraq, akademiyanın tarixi inkişafı, strukturu, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumat verib.

Görüşdə iki ölkənin dənizçilik üzrə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi konkret istiqamətlərdə  əməkdaşlıq imkanları müzakirə edilib.

Hörmətli səfir İssam bin Saleh əl-Cuteyli təklif olunan  əməkdaşlıq təşəbbüslərini yüksək dəyərləndirərək, əməkdaşlığın rəsmi Anlaşma Memorandumu əsasında formalaşdırılmasının məqsədəuyğunluğunu vurğulayıb.

 Görüş səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək