Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan–Estoniya münasibətlərində yeni mərhələ...
Azərbaycan–Estoniya münasibətlərində yeni mərhələ başlayır
Siyasət

Azərbaycan–Estoniya münasibətlərində yeni mərhələ başlayır -deputatdan açıqlama

Xpress.az Redaksiyası 24.10.2025 18:10

Prezident İlham Əliyev 22 oktyabr tarixində Estoniyanın Baş Nazirini qəbul edib. Baş nazir ölkəmizə geniş tərkibli biznes nümayəndə heyəti ilə səfər etdiyini və Bakıda biznes-forumun keçirildiyini bildirib. Bu cür tədbirlərin ölkələrimiz arasındakı münasibətlərə təsiri və yeni perspektivlərə yol açması barədə sualı “Xpress.az” saytına açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev cavablandırıb.

Deputat qeyd edib ki, 22 oktyabr tarixində Prezident İlham Əliyevin Estoniyanın Baş Nazirini qəbul etməsi və səfər çərçivəsində Bakıda geniş tərkibli biznes-forumun təşkili Azərbaycan–Estoniya münasibətlərində yeni mərhələnin başlanğıcını qoyur.
Onun sözlərinə görə, ölkəmiz ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı hörmətə, bərabərhüquqlu dialoqa və dövlət maraqlarının qorunmasına əsaslanan əməkdaşlığa xüsusi önəm verir. Estoniya nümayəndə heyətinin Azərbaycana səfəri iqtisadi, humanitar və siyasi sahələrdə perspektivlərin genişlənməsi üçün əlverişli şərait yaradır.
“Düşünürük ki, keçirilən biznes-forum iki ölkənin özəl sektorları arasında birbaşa əlaqələrin möhkəmlənməsinə, yeni investisiya imkanlarının və birgə layihələrin hazırlanmasına təkan verəcək. Xüsusilə, Estoniyanın informasiya texnologiyaları və rəqəmsal idarəetmə sahəsində topladığı qabaqcıl təcrübə Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya prosesləri ilə uzlaşır və əməkdaşlıq üçün geniş imkanlar açır,” – deyə deputat vurğulayıb.
Onun fikrincə, humanitar və mədəni mübadilələrin artırılması xalqlarımız arasında qarşılıqlı anlayış və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Ümumilikdə, bu səfər və forum iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın daha da inkişaf etdirilməsi, yeni iqtisadi-hüquqi mexanizmlərin formalaşdırılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Afaq

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək