Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşıl...
Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq
Siyasət

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

Xpress.az Redaksiyası 29.10.2025 14:13

Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması üzərində iş aparır.

Bunu "Report"a açıqlamasında Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib.

Onun sözlərinə görə, iki ölkənin icbari sığorta büroları arasında imzalanmış razılaşma əsasında avtomobil nömrələrinin qarşılıqlı tanınması istiqamətində addımlar atılıb: "Artıq belə bir sistem qurulur ki, Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana daxil olan və ya əksinə, Azərbaycan nömrəsi ilə Türkiyəyə keçən avtomobil avtomatik tanınsın. Bu, həm fırıldaqçılıq hallarının qarşısını alacaq, həm də qəza zamanı ödənişlərin daha sürətli həyata keçirilməsinə imkan verəcək".

Ö. Obalı qeyd edib ki, bu prosesin başa çatdırılması iki ölkə arasında sığorta xidmətlərinin daha sıx inteqrasiyasına və vətəndaş məmnuniyyətinin yüksəlməsinə şərait yaradacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək