Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bahalaşmaya alternativ ÇÖZÜM –
Bahalaşmaya alternativ ÇÖZÜM –
Cəmiyyət

Bahalaşmaya alternativ ÇÖZÜM – Süni ət satışa çıxarılacaq?

Xpress.az Redaksiyası 25.10.2025 10:44

Dünyada ət sürətlə bahalaşır. Belə ki, BMT-nin ət qiyməti indeksi 127.3 bənd təşkil edərək iyun ayı ilə müqayisədə 1,2 faiz artıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında məlumat verilib. Bildirilib ki, bu göstərici indiyədək qeydə alınan ən yüksək səviyyədir.

Qeyd edək ki, iribuynuzlu heyvan və quş əti qiymətləri əsasən Çin, ABŞ və ixrac tərəfdaşlarından gələn tələbin artması ilə yüksəlib. Donuz əti qiymətləri isə Avropa İttifaqındakı zəif tələbat və yüksək tədarük səbəbindən azalıb.

Təbii ki, dünyada ətin bahalaşması ölkəmizə də təsirsiz ötüşmür.

Son zamanlar ətin qiyməti durmadan artır. Hətta yay aylarında belə ətin qiymətində artım dinamikası var. Bunun bir səbəbi yerli istehsalın azalmasıdırsa, digər səbəbi dünya birjalarında dəyişən qiymətlərdir.

Məlumdur ki, yerli ehtiyacları ödəmək üçün xaricdən də ət alırıq. Özü də böyük ölçüdə. Lakin bütün təşəbbüslər insanların ətə olan ehtiyaclarını tam ödəmir. Üstəlik, dabaq xəstəliyi səbəbindən məhdudiyyətlərin tətbiqi qiymətlərin daha da yüksəlməsinə səbəb olub.

Alternativ təklif - süni ət

Ona görə də inkişaf etmiş ölkələr bitki mənşəli süni ətin istehsalına başlayıb. ABŞ artıq 3 ildir ki, istehlakçlara süni ət təklif edir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, ABŞ-da bitki mənşəli “süni ət” (plant-based meat) satışının genişlənməsi, həm qlobal ərzaq bazarındakı qiymət artımları, həm də istehlakçı davranışlarındakı dəyişikliklərlə birbaşa əlaqəlidir:

“Son illərdə ABŞ və dünya üzrə real ətin qiymətləri həm yem xərclərinin, həm də logistika və iqlim faktorlarının təsiri ilə yüksəlib. Belə şəraitdə bitki mənşəli alternativlərin maya dəyəri daha stabil olur. Çünki onlar taxıl, noxud, soya kimi daha sabit bazar xammalından istehsal edilir. İstehlakçılar üçün bu məhsullar daha ucuz və davamlı seçim kimi görünür. Bu, süni ət bazarına iqtisadi baxımdan “əlverişli giriş nöqtəsi” yaradır.

Süni ət təşəbbüsləri həm də ekoloji davamlılıq arqumenti ilə əsaslandırılır.

Heyvandarlıq sektoru qlobal istixana qazlarının təxminən 14-15%-ni yaradır. Bitki mənşəli ət istehsalı isə həm az su, az torpaq, həm də daha az enerji tələb edir. Bu baxımdan, ABŞ-da bu təşəbbüs həm “yaşıl iqtisadiyyat” trendlərinə, həm də iqlim dəyişikliyi ilə mübarizə siyasətinə uyğun gəlir. Nəzərə alaq ki, süni ət daha çox gənclər, veqan və ya vegeterian həyat tərzini seçənlər, sağlam qidalanmaya üstünlük verənlər arasında populyarlaşıb”.

Artan tələbat və qiymət fonunda ölkəmizdə də süni ətin istehlakına başlanıla bilərmi?

Müsahibimiz qeyd edir ki, Azərbaycanda son illərdə ət qiymətləri davamlı artım göstərir:

“Bu şəraitdə süni ət məhsulları bazara alternativ və nisbətən sabit qiymətli məhsul kimi daxil ola bilər. Əgər onun qiyməti real ətə nisbətən 20–30% ucuz olarsa, xüsusilə şəhərdəki müştərilər arasında maraq yarada bilər.

Burada əsas maneə dad və ənənəvi qidalanma vərdişləridir. Azərbaycan mətbəxində ət əsas yer tutur. Bununla belə insanların bir qismi “süni” və ya “bitki mənşəli” ətə etibar etməyə bilər. Yəni bu məhsulların bazara çıxışı üçün maarifləndirmə və reklam kampaniyaları, daddan və tərkibdən güzəştə getməyən məhsul keyfiyyəti vacibdir.

Əgər dad baxımından real ətə çox yaxın olarsa, xüsusilə gənc və şəhərli istehlakçılar arasında qəbul edilə bilər. Əgər doğru şəkildə təqdim olunsa, süni ət Azərbaycanda da qısamüddətli dövrdə bahalaşmaya qarşı alternativ məhsul, uzunmüddətli dövrdə isə davamlı ərzaq strategiyasının bir hissəsi ola bilər. Amma bunun üçün əsas məsələ — istehlakçının etimadını qazanmaq və yerli istehsal bazasını formalaşdırmaqdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək