Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakı bulvarında dənizdə batma təhlükəsi olan şəxs
Bakı bulvarında dənizdə batma təhlükəsi olan şəxs
Cəmiyyət

Bakı bulvarında dənizdə batma təhlükəsi olan şəxs XİLAS EDİLDİ - VİDEO

Xpress.az Redaksiyası 30.10.2025 19:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində vətəndaşların dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Xpress.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Tavat Baxşeyiş qızı Şıxəliyeva və 1997-ci il təvəllüdlü Dünyamin Salam oğlu Şıxəliyev dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək