Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Bir uşağı xilas etdi, bəşəriyyəti qurtardı:
Bir uşağı xilas etdi, bəşəriyyəti qurtardı:
Sağlamlıq

Bir uşağı xilas etdi, bəşəriyyəti qurtardı: PENSİLİNİN HEKAYƏSİ

Xpress.az Redaksiyası 28.10.2025 17:10

Şotlandiyalı Fermerin Xeyirxahlığı Dünya Tibbini Dəyişdi
Şotlandiyada kasıb bir fermerin etdiyi xeyirxah hərəkət illər sonra dünya tibb tarixini dəyişdi. Axşamüstü evinə qayıdan fermer bataqlıqdan gələn kömək səsini eşidərək ora tələsib, batmaqda olan bir oğlan uşağını xilas edib.
Bir neçə gün sonra fermerin evinə yaraşıqlı bir kareta yaxınlaşıb. Karetadan düşən zadəgan özünü uşağın atası kimi təqdim edərək fermerə böyük məbləğdə pul mükafatı təklif edib. Fermer isə təklifi qəbul etməyərək, “Mənim yerimdə hər kəs belə edərdi. Gördüyüm iş üçün pul ala bilmərəm,” — deyib.
Bu zaman fermerin kiçik oğlu həyətə çıxıb. Oğlanı görən zadəgan onun təhsilinə dəstək olmaq istədiyini bildirərək, “Oğlunu mənə ver, onu Londonda oxudum. Bütün xərclərini mən qarşılayacağam,” — deyib. Fermer razılaşıb.
İllər sonra həmin uşaq Londonun məşhur Sent-Luis Universitetini bitirib tanınmış alim — Sir Aleksandr Fleminq adını qazanıb. O, 1928-ci ildə təsadüf nəticəsində bakteriyaları öldürən göbələk koloniyasını kəşf edərək, dünyaya ilk antibiotik — penisillini bəxş edib.
Fleminqin bu kəşfi illər sonra onun həyatını xilas etdiyi zadəganın oğlunun da həyatını ikinci dəfə qurtarıb. Gənc oğlan sətəlcəmdən (ağciyər iltihabı) əziyyət çəkərkən, həkimlər ümidlərini itirsələr də, Fleminqin kəşf etdiyi penisillin sayəsində sağalıb.
Aleksandr Fleminq 1945-ci ildə bu böyük kəşfə görə həmkarları ilə birlikdə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb. Onun təsadüfi müşahidəsi və insani dəyərləri sayəsində bəşəriyyət milyonlarla insanın həyatını xilas edən antibiotiklə tanış olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək