Botoks yoxsa üz idmanı — hansını seçməli? -Ekspertdən tövsiyə
Güzgüyə baxanda qırışların artdığını görüb “botoks etdirim, yoxsa üz idmanı ilə keçər?” deyə düşünənlərin sayı az deyil. Hər iki üsulun məqsədi eynidir — üz gəncliyini qorumaq, lakin nəticə və təsir mexanizmi fərqlidir.Mövzu ilə bağlı təbii gəncləşmə üzrə ekspert və üz idmanı üzrə təlimçi Afaq Qurbanzadə Xpress.az-a danışıb.
Ümumiyyətlə insan orqanizmində heç bir formada qocalma prosesini tam dayandırmaq olmaz.Amma əgər bütün qaydalara düzgün riayət olunsa ,80 yaşında da 45,50 yaşdakı kimi görünmək mümkündür.
Qeyri təbii üsullar qocalma prosesinə təsir etmir, sadəcə problemi maskalayır. Təbii üsul isə problemə daxildən təsir edərək qocalma prosesini ləngidir. Hansı üsulun daha effektiv olduğunu müqayisə etsək əgər, botoks sürətli, amma müvəqqəti effekt verir.
Botoks əzələlərə yeridilərək onların iflic olmasına səbəb olur, yığılmasını azaldır və qırışları hamarlaşdırır. Əsasən alın, qaş arası və göz ətrafında tətbiq olunur.
Nəticə bir neçə günə görünür,
effekt isə 4–6 ay davam edir.
Təsiri müvəqqətidir, daha yaxşı effekt üçün hər dəfə bir qədər artıraraq prosedur təkrarlanmalıdır.Əksər hallarda mimikanın təbiiliyini itirir.
Üz idmanı isə təbii və təhlükəsizdir, üz əzələləri gündəlik məşq etdirilir. Bu məşqlər qan dövranını və limfa axınını yaxşılaşdırır, dərini daha dartılmış və parlaq göstərir.
Üz idmanı,"face yoga "
təbii və zərərsizdir:
Davamlı məşq edildikdə uzunmüddətli nəticə verir;
Üz formasını daha simmetrik göstərir.
Mənfi tərəflərinə gəlincə isə üz idmanından isə nəticə çox gec, uzun müddətli məşqlərdən sonra yaranır.
Əgər qırışlar çox ağır və dərindirsə qısa müddətli məşqlər təsirsiz olur.
Hər gördüyünüz çalışmaları etsəniz mənfi təsir verə bilər.
Çünki səhv hərəkətlər əks nəticəyə gətirir. Ona görə də mütləq bu sahəni yaxşı bilən təlimçilərlə məşqul olmaq lazımdır. Çünki, hər kəsə uyğun individual proqram seçilməlidir.
25-30 yaşından sonra üz idmanı ilə məşqul olsanız 60,70,yaşında dərin qırışlar,ağır dəri sallanmaları olmayacaq.
Beləliklə,yaxşı yuxu,vitamin,minerallarla zəngin olan qida rasionu,
stresdən uzaq olmaq, həftədə 3 dəfə fitness, 3 dəfə də face fitness,su balansı qorunsa qocalma prosesi daxildən ləngiyəcək və hiss olunacaq qədər üzdən də gənc görünəcəksiniz.
Gözəlliyin sirri yalnız bir üsulda deyil. Təbii qulluq, sağlam həyat tərzi və düzgün seçim uzunmüddətli gəncliyin əsas açarıdır.