Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu gündən etibarən Azadlıq meydanının qarşısındakı...
Bu gündən etibarən Azadlıq meydanının qarşısındakı yol bağlanır
Cəmiyyət

Bu gündən etibarən Azadlıq meydanının qarşısındakı yol bağlanır

Xpress.az Redaksiyası 21.10.2025 16:22

Bu gün saat 23:00-dan etibarən Azadlıq meydanının qarşısındakı yolda hərəkət məhdudlaşdırılacaq.

Xpress.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləridir.

Məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.

Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək