Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu icra başçısı özünə müavin axtarır
Bu icra başçısı özünə müavin axtarır
Cəmiyyət

Bu icra başçısı özünə müavin axtarır

Xpress.az Redaksiyası 28.10.2025 12:21

İmişli Rayon İcra Hakimiyyətində iki müavin yeri vakantdır. Başçının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və ictimai-siyasi və humanitar məsələlər üzrə müavin pöstları öz sahibini gözləyir.

İctimai-siyasi və humanitar məsələlər üzrə müavin vəzifəsini sabiq jurnalist Ruslan Məmmədov (Eldaroğlu) tutub. O, bu il aprel ayının 1-də öz ərizəsi ilə tutduğu vəzəifədən azad olunub. Digər müavin postu isə 2 ildən çoxdur boşdur.

İmişli Rayon İcra Hakimiyyətindəki mənbə saytımıza deyib ki, icra başçısı Elçin Rzayev bir neçə təcrübəli kadra birlikdə işləməyi təklif edib. Amma E.Rzayevin xasiyyəti ağır olduğu üçün heç kim onunla işləməyə razılıq verməyib.

Qeyd edək ki, Elçiz Rzayev 21 may 2020-ci ildə İmişli rayon icra hakimiyyətin başçısı təyin olunub. O, bu təyinata kimi Yasamal rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək