Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu il “Qocalar evi”nə neçə ahıl
Bu il “Qocalar evi”nə neçə ahıl
Cəmiyyət

Bu il “Qocalar evi”nə neçə ahıl YERLƏŞDİRİLİB? – RƏSMİ AÇIQLAMA

Xpress.az Redaksiyası 16.10.2025 18:30

Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə ümumilikdə 60 nəfər yerləşdirilib.



Bildirilib ki, Agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 231 ahıl dövlət himayəsində yaşayır. Onlardan 119-u kişi, 112-si qadındır.

Qeyd edilib ki, müəssisə müasir tələblərə cavab verən şəraitlə təmin olunub:
 

"“Burada hər bir sakin üçün rahat yaşayış mühiti yaradılıb və otaqlar müasir məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və digər vacib texniki vasitələrlə təchiz edilib. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir. Müəssisədə yaşayanların sağlamlığına da xüsusi diqqət göstərilir, vaxtaşırı tibbi müayinədən keçirilirlər. Ahıllar təhlükəsiz sosial xidmətdən yararlanmaq üçün mühafizəçilər tərəfindən 7/24 mühafizə olunurlar."


Müəssisədə təqdim olunan sosial xidmətlər təkcə gündəlik qayğı ilə məhdudlaşmır. Stasionar formada göstərilən sosial xidmətlərlə yanaşı, ahıllarla sosial iş aparılır, onların cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, sosial adaptasiyası və sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Ahıllarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar”.

Ahıl şəxslərin sosial inteqrasiyası üçün də işlərin aparıldığı vurğulanıb.

“Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülür, ahıllarımız idman yarışları, gimnastika məşğələləri, mədəni tədbirlər, ekskursiyalar, bayram proqramları və yaradıcılıq fəaliyyətlərinə cəlb olunurlar. Bu həm onların sağlamlığının qorunmasına, həm də cəmiyyətlə ünsiyyət imkanlarının genişlənməsinə xidmət edir” – deyə məlumatda qeyd edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək