Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Bu xəbərlərin yayımı
Bu xəbərlərin yayımı
Media

Bu xəbərlərin yayımı QADAĞAN OLUNDU

Xpress.az Redaksiyası 14.10.2025 17:44

Dağıstan rəhbəri Sergey Melikov bölgə əhalisinin təhlükəsizliyini qorumaq məqsədilə bəzi məlumatların yayımını və dərcini qadağan edən fərman imzalayıb.

Bu barədə Dağıstan Respublikasının mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin fərmanına əsaslanaraq hazırlanan bu sənədə görə, terror aktları və təxribatların nəticələrinə dair foto, video və digər məlumatların mediada, internet resurslarında və rabitə vasitələrində yayımlanmasına icazə verilmir.

Qadağa, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Dağıstan ərazisində həyata keçirə biləcəyi mümkün PUA hücumları və onların nəticələrinə dair informasiyaları da əhatə edir. Bu məlumatlara dronların növü, buraxılış və düşmə yerləri, eləcə də dəymiş zərər daxildir.

Bununla yanaşı, Hava Hücumundan Müdafiə və Elektron Müharibə bölmələrinin fəaliyyəti, hərbi obyektlər, mühüm infrastrukturlar – körpülər, yanacaq və rabitə qurğuları kimi obyektlərin yerləşdiyi ərazilər barədə məlumatların paylaşılması da qadağan olunub.

Qeyd edilən məhdudiyyətlər yalnız dövlət orqanlarının rəsmi mənbələri və həmin qurumlar tərəfindən təqdim olunan məlumatlara aid edilmir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək