Cəmiyyət
Əhaliyə XƏBƏRDARLIQ: Partlayış səsləri eşidiləcək – FOTO
Xpress.az Redaksiyası
27.10.2025 11:09
27-31 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
