Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Əminəm ki, bizi dəstəkləyəcəklər-
Əminəm ki, bizi dəstəkləyəcəklər-
Siyasət

Əminəm ki, bizi dəstəkləyəcəklər- PAŞİNYAN

Xpress.az Redaksiyası 30.10.2025 11:09

Ermənistanın baş naziri Nikol Paşinyan gələn il ölkəsində keçirləcək öparlaçment seçkilərindən danışıb.

Paşinyan 8-ci Paris Sülh Forumunda qarşıdan gələn 2026-cı il seçkiləri barədə bildirib:

“Bu, Ermənistanda sülh prosesi, rifah və sabitlik üçün çox vacib olan siyasi hadisədir”.

"Əminəm ki, Ermənistan Respublikası vətəndaşları bizim nailiyyətlərimizi dəstəkləyəcəklər. Əlbəttə ki, müxtəlif narahatlıqlar var; dünyada mövcud olan dezinformasiya və s. ilə bağlı problemləri bilirsiniz. Hər hansı bir demokratik ölkə kimi, biz də bunu hiss edirik və həll etmək üçün çalışırıq. Amma ümumilikdə, şübhəsiz ki, Ermənistan vətəndaşları sülh gündəliyini, sülh prosesini və sülhün bərqərar olmasını dəstəkləyir və onlar bunu mütləq dəstəkləyəcəklər", - deyə o bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək