Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Gələn il 1 milyon 100 min nəfərin pensiyası
Gələn il 1 milyon 100 min nəfərin pensiyası
Cəmiyyət

Gələn il 1 milyon 100 min nəfərin pensiyası ARTACAQ

Xpress.az Redaksiyası 25.10.2025 10:10

Gələn il Azərbaycanda 1 milyon 100 min vətəndaşın pensiyalarında artımlar olacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, indeksləşdirmə pensiya və pensiya kapitalına şamil olunur.
 

"Əmək pensiyaları haqqında qanuna əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun olaraq indeksləşdirilir.


Növbəti ildə əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək. Bir milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq. Buna görə təbii ki növbəti il üçün orta pensiya məbləğinin artması nəzərdə tutulub".

Deputat deyir ki, artımlar əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək.

Buraya yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası növləri daxildir.

O, həmçinin qeyd edib ki, artım təqribən 9% civarında tənzimlənə bilər.
 

"Hələlik konkret rəqəm söyləmək çətindir, amma 2025-ci ilin geridə qalan ayları üçün tendensiyasına baxsaq bu təxminən 9% ətrafında olacaq. Sözsüz ilin sonunda konkret rəqəm bilinəcək. Pensiya kapitalı da indeksləşdiriləcək.


Pensiya kapitalı 2025-ci ildə infilyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilib.

Pensiya kapitalı olan vətəndaşlarımızın kapitalı indeksləşdirilərək artırılıb.

Mərkəzi Bank 6% infilyasiya proqnozlaşdırıb. Əgər o proqnoza uyğun qiymətləndirsək deyə bilərik ki pensiya kapitalı 6% indeksləşdirilib artırıla bilər". (baku.ws)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək