Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Günlərdir davam edən səs-küy sakinləri bezdirdi:
Günlərdir davam edən səs-küy sakinləri bezdirdi:
Cəmiyyət

Günlərdir davam edən səs-küy sakinləri bezdirdi: Problemin səbəbi nədir?

Xpress.az Redaksiyası 29.10.2025 10:59

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin sakinlərinin yaxınlıqda yerləşən "Cratos Hall" restoranına məxsus generatorun səsindən nə gecəsi var, nə də gündüzü.

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, bir neçə gündür yaranan səs-küy onların həm gündəlik həyatlarına, həm də istirahətlərinə ciddi şəkildə təsir edir. Onlar dəfələrlə problemlə bağlı iradlarını bildirsələr də, məsələ həll olunmayıb. "Üç gündür bu vəziyyət davam edir. Yayda da belə bir hal baş vermişdi. O zaman şikayətimi müəssisə rəhbərinə bildirmişdim. Amma heç bir tədbir görmədilər", - sakinlərdən biri söyləyib.

İcraçı direktor Ceyhun Piriyevin sözlərinə görə, yaranan problem qısa müddət ərzində öz həllini tapacaq: "Fors-major hadisə baş verib. Hazırda texniki işlər gedir, 2-3 saat ərzində bərpa işləri yekunlaşacaq və sakinlərin narazılığına son qoyulacaq".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək