Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Güzəştli gediş haqqı nə zaman tətbiq ediləcək?
 Güzəştli gediş haqqı nə zaman tətbiq ediləcək?
Cəmiyyət

Güzəştli gediş haqqı nə zaman tətbiq ediləcək? - EKSPERT AÇIQLADI

Xpress.az Redaksiyası 23.10.2025 15:20

Son zamanlar ictimai  nəqliyyatda qiymətlərin qalxması əhali arasında müəyyən  fikir ayrılıqları yaradıb. Lakin sevindirici bir məlumatda var ki,  yeni qaydalara əsasən  güzəştli  gediş haqqı mexanizminin tədbiqi planlaşdırılır. Sözügedən proses hansı şərtlər  əsasında həyata  keçəcək sualını nəqliyyat eksperti Elməddin Muradlı Xpress.az -a verdiyi açıqlamasında cavablandırıb.

"Hələki,güzəştli gediş  haqqı məsələsi reallaşmayıb.
Güzəştli  gediş haqqı mexanizmi deyəndə bir gedişlə bir neçə nəqliyyat  vasitələrinin istifadəsi nəzərdə tutulur.Misal olaraq 90 dəqiqə  ərzində kartdan bir dəfə istifadə edilir.
Sərnişin eyni gediş haqqını həm metro həm də avtobusda bir saat yarım ərzində istifadə edə bilər.
Bu üsul bir neçə ölkədə  tədbiq olunaraq,müsbət  qarşılanır.Nəticə etibarilə insanlar ictimai  nəqliyyata daha çox  maraq göstərəcəklər.
Bu mexanizmin tədbiqi xüsusi ilə Bakı şəhəri ətrafında,qəsəbələrdə yaşayan insanlar üçün əlverişlidir.

Məsələn sərnişin Buzovnadan  avtobusla Koroğlu metrosuna gəlir. Metrodan istifadə etdikdə isə əlavə gediş haqqı ödəyir. 60 qəpik avtobus, 60 qəpik də  metroya ödəyir . Bu isə gəlir   1 manat 20 qəpiyə çatır.
Təbii ki sərnişin gediş haqqının çox olduğunu nəzərə alaraq,2 manatlıq taksilərdən istifadə edir.
Amma əgər güzəştli gediş haqqı mexanizmi işə düşərsə, adam fikirləşər ki, cəmi 60-70 qəpiyə gedib çata  bilər. O zaman ictimai nəqliyyatı üstün tutacaq.Bundan əlavə
Tələbə və təqaüdçülər üçün də müəyyən  güzəştlər nəzərdə  tutulub.Bu isə bir az qəliz mexanizmdir. Bu məsələni həll etmək üçün  bütün avtobuslar nağdsız,
kart sisteminə keçməlidir  ki,tələbə və təqaüdçülər üçün ya hansısa bir xüsusi  kart satılmalıdır ya da (kartlar ancaq onların istifadəsində olsun) ya da onların  hansısa elektron  sistem üzərindən qeydiyyatı aparılmalıdır. Qeydiyyat ona görə  lazımdır ki, onlar içtimai nəqliyyatdan pulsuz istifadə edə bilsinlər. Elektron sistem önəmlidir ona görə  ki,daşıyıcı şirkətlər gündəlik nə qədər  tələbə və təqaüdçülər daşıyırsa, dövlət onun qarşılığını verə bilsin.

Gələcəkdə digər güzəşt mexanizminin tədbiqi də nəzərdə  tutulub.

Bu isə digər istifadəçilərin aylıq, illik,həftəlik kartı alma mexanizmləri ilə bağıdır.Ola bilsin vətəndaş həftəlik kart alır gediş haqqı onun üçün  60 qəpiyə başa gəlir,amma aylıq kart alsa 55, illik  45 qəpiyə düşür.O zaman vətəndaş özünə əlverişli  olan illik kartı əldə edəcək. Belə olan halda onun üçün  gediş haqqı 45 qəpik olur  Məsafədən asılı olaraq da gediş haqqı məsələsi də nəzərdə tutulub. Güzəştli gediş haqqı mexanizminin nə zaman reallaşacağı haqqında hələki bir məlumat yoxdur. Düşünürəm ki,dünya təcrübəsində mövcud olan və ya olmayan fikirləri müzakirə edərək  yaxşı nəticə almaq olar".



Afaq

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək