Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Halal” sertifikatı ətin keyfiyyətini müəyyən etm...
 “Halal” sertifikatı ətin keyfiyyətini müəyyən etmir
Cəmiyyət

“Halal” sertifikatı ətin keyfiyyətini müəyyən etmir -Cavanşir Paşazadə

Xpress.az Redaksiyası 27.10.2025 14:02

Ətin keyfiyyəti ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən reydlər keçirilib. Son günlər ət və ət məhsullarının təhlükəsizliyi, eləcə də “Halal” sertifikatı ilə bağlı müzakirələr artıb. Bəs “Halal” sertifikatı ətin keyfiyyətini müəyyən edirmi? Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə Xpress.az-a açıqlama verib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin dalaq xəstəliyi ilə bağlı imzaladığı sərəncamdan sonra aidiyyəti qurumlar tərəfindən profilaktik tədbirlər gücləndirilib:
“İstər AQTA, istərsə də digər müvafiq qurumlar Prezidentin sərəncamından sonra bir sıra tədbirlər həyata keçirməyə başlayıblar. Artıq dalaq xəstəliyinin yayılmasında azalma müşahidə olunur,” – deyə Cavanşir Paşazadə  bildirib.
Deputat qeyd edib ki, ətin keyfiyyətini və təhlükəsizliyini müəyyən edən sertifikat AQTA tərəfindən verilməlidir.
“Halal" sertifikatı isə dini qaydalar əsasında kəsilən heyvanların ətinə aid olmalıdır. Əgər kimsə dünən donuz əti satıb, bu gün isə mal əti satırsa, onun məhsulunu "halal" adlandırmaq düzgün deyil. Dini qurumların komissiyasından keçməyən şəxslərin "halal"adı ilə ət məhsulu satması yolverilməzdir,” – deputat vurğulayıb.
Onun sözlərinə görə, “Halal” sertifikatı almaq istəyən şəxslər mütləq dini qurumlara müraciət etməli, orada xüsusi komissiya yaradılmalı və yalnız bu komissiyanın qərarından sonra sertifikat verilməlidir.
“Təəssüf ki, bəzi şəxslər insanların inancı və hissləri ilə oynayaraq, heç bir yoxlama aparmadan və Qafqaz Müsəlmanları İdarəsinə müraciət etmədən məhsullarının üzərinə ‘halal’ yazırlar. Bunun qarşısı alınmalıdır ki, insanlar aldanmasınlar,” – deyə deputat əlavə edib.
Deputat onu da qeyd edib ki, dini qurumlar cəza tətbiq etmir.– onlar sadəcə fikir bildirə və tövsiyə verə bilərlər.

AFAQ

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək