“Hamiləlikdən sora qadın bədəni heçvaxt əvvəlki kimi olmur” -Həkim Rəyi
Hamiləlik sadəcə bir bioloji proses deyil, bədənin inanılmaz adaptasiya qabiliyyətinin simfoniyasıdır.Xpress.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu dövr insan orqanizminin qaça biləcəyi ən sürətli “marafon” kimi qiymətləndirilə bilər. Bu möcüzənin mərkəzində isə bir qəhrəman dayanır – qadın bətni.
Hamiləlikdən öncə armud ölçüsündə olan bətn, 9 ay ərzində qarpız ölçüsünə çataraq, təxminən 1 kiloqramdan artıq çəkiyə malik olur. Bu dəyişiklik bədənin yeni həyata uyğunlaşmasının ən parlaq nümunəsidir.
Proses zamanı qadının qan həcmi 50 faizədək artır, ürək daha çox qan pompalayaraq orqanizmin artan tələbatını qarşılayır. Orqanlar yerdəyişmə edir, tənəffüs sistemi yenidən tənzimlənir və bütün bu dəyişikliklər yeni bir həyatın formalaşmasına xidmət edir.
Mütəxəssislər qeyd edirlər ki, hamiləlikdən sonra qadın bədəni heç vaxt əvvəlki kimi olmur. Bu dövr qadının yalnız ana olma yolunu deyil, həm də onun səssiz, lakin sarsılmaz gücünü nümayiş etdirir.