Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Hava şəraiti ilə bağlı növbəti
Hava şəraiti ilə bağlı növbəti
Cəmiyyət

Hava şəraiti ilə bağlı növbəti - Xəbərdarlıq

Xpress.az Redaksiyası 28.10.2025 21:40

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

 Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, oktyabrın 29-u gündüzdən 30-u gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək