Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib
İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət

İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Xpress.az Redaksiyası 21.10.2025 10:17

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

 "Akorda" Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək