İnsanın ölümündən sonra bədəndə baş verən dəyişikliklər – MÜTƏXƏSSiSLƏR İZAH EDİR
Mütəxəssislərin bildirdiyinə görə, insan öldükdən təxminən 30 dəqiqə sonra bədəndə bütün reflekslər dayanır. Əzələlərin boşalması nəticəsində mərhumun ağzı və göz qapaqları açıq qalır. Sidik-ifrazat sistemi fəaliyyətini tam dayandırır və bu, bədəndən sidik axıntısına səbəb olur.
Ölümdən 24 saat sonra çürümə prosesi başlayır. Nəfəsin dayanması orqanizmdəki bakteriyalar üçün siqnal rolunu oynayır və onlar aktiv şəkildə çoxalmağa başlayırlar. İlk çürüyən orqanlar göz, beyin, mədə və bağırsaqlardır. Mütəxəssislər qeyd edirlər ki, kök insanlarda çürümə daha sürətlə gedir, duzlu suda boğulanların cəsədləri isə daha gec çürüyür. Ən gec çürüyən orqanlar arasında ürək, sidik kisəsi və böyrək yer alır.
Mədə və bağırsaqlarda bakteriyaların fəaliyyəti nəticəsində qaz toplanır, bu da qarın nahiyəsinin şişməsinə səbəb olur. Dərinin altında su toplanır və bədənin rəngi kükürdün təsiri ilə tədricən qaralır. Zaman keçdikcə qarın daha da şişir, nəticədə partlayır və döş qəfəsi çökür. Bəzi hallarda bu çöküşün səsi hətta məzarın üstündən belə eşidilə bilər.
Mütəxəssislərin fikrincə, təxminən dörd ildən sonra insan bədəni tamamilə çürüyərək yalnız sümüklər qalır.