Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Məşhur “91”lərdən biri olan Səfyar Musayevin
Məşhur “91”lərdən biri olan Səfyar Musayevin
Cəmiyyət

Məşhur “91”lərdən biri olan Səfyar Musayevin 90 illik yubileyi QEYD OLUNUB - FOTOLAR

Xpress.az Redaksiyası 24.10.2025 22:51

Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə BDU-nun professoru, görkəmli alim və ictimai-siyasi xadim Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş “Səfyar Musayevin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib.

Xpress.az xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev professor Səfyar Musayevin Azərbaycan tarix elminin inkişafında mühüm rol oynayan görkəmli alimlərdən biri olduğunu bildirib.

Qeyd edib ki, o, uzun illər ərzində elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə də fədakarlıq göstərib, Universitetdə tarix elminin sistemli şəkildə tədris olunmasına və inkişafına böyük zəhmət sərf edib: “Səfyar Musayev 17 iyun 1935-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirərək 1953-cü ildə BDU-nun Tarix fakültəsinə qəbul olub. O, Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Basarkeçər rayonunda orta məktəb müəllimi işləyib. 1959-cu ilin sonlarında Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin tövsiyəsi ilə Vilnüs şəhərindəki Dövlət Təhlükəsizliyi Məktəbinə göndərilib və orada 2 illik kursu müvəffəqiyyətlə bitirib. Vətənə geri döndükdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin aspirantura pilləsinə qəbul olunub. 1965-ci ildə namizədlik, 1979-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1979-cu ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1981-ci ildə isə professor elmi adı alıb".

Rektor vurğulayıb ki, S.musayev 1966-cı ildən BDU-nun Sovet İttifaqı Kommunist Partiyası tarixi kafedrasında müəllim, dosent, kafedranın professoru və 1986-cı ildən isə Siyasi tarix kafedrasının müdiri vəzifəsində çalışıb.  Onun rəhbərliyi ilə 25 nəfər namizədlik, 5 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. Səfyar Musayevin elmi tədqiqatları təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınır.

Səfyar Musayevin respublikanın siyasi həyatında baş verən proseslərdən heç vaxt kənarda qalmadığını deyən rektor Elçin Babayev professorun hər zaman yüksək vətəndaş mövqeyi nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşəkkül tapmasında fəal iştirak etdiyini vurğulayıb: “1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə deputat seçilən Səfyar Musayev ölkəmizdə insan hüquqlarının qorunmasına, hüquqi dövlətin yaradılmasına və müvafiq qanunvericilik aktlarının hazırlanması işlərində xidmətlər göstərib. Bütün ömrünü Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətli xidmətlə keçirən istedadlı alim, vətənpərvər insan Səfyar Musayevin əziz xatirəsi daim yaşayacaq”.

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin vurğunu, ictimai-siyasi xadim, istedadlı alim”, YAP Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü Arif Rəhimzadə “91-lər”in qurucularından biri”, QAİ-nin sədri Əziz Ələkbərli “Qərbi Azərbaycanın görkəmli ziyalısı, el təəssübkeşi”, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Səfyar Musayev xatirələrdə”, Milli Məclisin üzvləri Tamam Cəfərova “Əziz elmi rəhbərim”,  Arzuxan Əlizadə “Əqidəli alim”, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev “Səfyar Musayevin vətəndaş mövqeyi” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Məruzələrdə Səfyar Musayevin ölkənin ictimai-siyasi, elmi-pedaqoji həyatında xidmətləri vurğulanıb. Qeyd olunub ki, Səfyar Musayev Ümummilli Lider Heydər Əliyevin ən yaxın tərəfdaşlarından, Yeni Azərbaycan Partiyasının qurucularından, məşhur “91”lərdən biri idi. Səfyar Musayevi bir alim, pedaqoq, ictimai-siyasi xadim kimi xalqa sevdirən onun elmi-tədris fəaliyyəti ilə yanaşı, vətənpərvərliyi, milli ləyaqəti olub.

Professor Səfyar Musayevin oğlu Vüqar Musayev tədbirin təşkilinə görə təşəkkür edib, görkəmli alim və ictimai-siyasi xadimin ömür yolunun gənclər üçün nümunə olduğunu bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək