Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Miqrantlarla bağlı qərar imzalandı
Miqrantlarla bağlı qərar imzalandı
Cəmiyyət

Miqrantlarla bağlı qərar imzalandı

Xpress.az Redaksiyası 30.10.2025 17:38

Yüksəkixtisaslı miqrant portalın əsasnaməsi təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

"Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə "Yüksəkixtisaslı miqrant" portalı haqqında Əsasnamə" və "Yüksəkixtisaslı miqrant" portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı" təsdiq edilmişdir.

Qərar "Yüksəkixtisaslı miqrant" portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. "Yüksəkixtisaslı miqrant" portalı müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə onların Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətlərinin elektron qaydada qəbulunu və cavablandırılmasını, eyni zamanda Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin edəcəkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək