Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qanunsuz ov edən şəxslər
Qanunsuz ov edən şəxslər
Cəmiyyət

Qanunsuz ov edən şəxslər saxlanıldı

Xpress.az Redaksiyası 05.11.2025 19:30

Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan əcnəbilər saxlanılıb.

Bununla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı "Toyota" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək