Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bayram günlərində hava necə olacaq?
Bayram günlərində hava necə olacaq?
Cəmiyyət

Bayram günlərində hava necə olacaq?

Xpress.az Redaksiyası 07.11.2025 13:07

Bakıda və Abşeron yarımadasında noyabrın 8-10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir.

Bu barədə Xpress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim cənub-qərb küləyi arabir şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 8-9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək