Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Polis məsələyə qarışdı, toyun qarşısı alındı
Polis məsələyə qarışdı, toyun qarşısı alındı
Cəmiyyət

Polis məsələyə qarışdı, toyun qarşısı alındı

Xpress.az Redaksiyası 07.11.2025 22:15

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən erkən nikah mərasiminin qarşısı alınıb.

 DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib. Qeyd olunub ki, rayon ərazisində 16 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və görülən tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.

Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi və yetkinlik yaşına çatmayan qızın dini kəbinini kəsən şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Faktla bağlı rayon Polis İdarəsində istintaq araşdırması davam etdirilir.

"Bir daha diqqətə çatdırılır ki, qanunvericiliyinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır və belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə yanaşmalıdır", – məlumatda deyilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək