Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Parad niyə saat 1-də başlayacaq?
Parad niyə saat 1-də başlayacaq?
Cəmiyyət

Parad niyə saat 1-də başlayacaq?

Xpress.az Redaksiyası 08.11.2025 11:39

Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.

Xpress.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir.
 

Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.


Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək