Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İlham Əliyevlə Mehriban Əliyeva Şəhidlər xiyabanın...
İlham Əliyevlə Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər
Cəmiyyət

İlham Əliyevlə Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər

Xpress.az Redaksiyası 08.11.2025 12:00

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr etdilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək