Azərbaycan bu gün Dövlət Bayrağı Gününü böyük qürurla qeyd edir
Bu gün — 9 noyabr 2025-ci il — ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Xpress.az xəbər verir ki, Əlamətdar gün münasibətilə paytaxt Bakıda və regionlarda müxtəlif tədbirlər, yürüşlər və bayram mərasimləri keçirilir. Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Qeyd edək ki, üçrəngli Azərbaycan bayrağı 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə təsdiqlənib. Mavi rəng türk mənşəyimizi, qırmızı — müasirliyi və inkişafı, yaşıl isə islam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir.
Dövlət Bayrağı Günü Azərbaycanda rəsmi qeyri-iş günü hesab olunur və hər il böyük qürur və vətənpərvərlik ruhu ilə qeyd edilir.