Cəmiyyət
Agenda Nexus: “Azərbaycanın Zəfəri Cənubi Qafqazın Geosiyasətini Dəyişdi”
Xpress.az Redaksiyası
09.11.2025 09:35
Xpress.az xəbər verir ki, Avropa analitik platforması Agenda Nexus İsveçdə “A victory that changed the Caucasus” (“Qafqazı dəyişən Zəfər”) adlı məqalə dərc edib. Məqalədə Azərbaycanın əldə etdiyi tarixi Qələbədən sonra bölgədə formalaşan yeni geosiyasi düzən, regional güc balansı və əməkdaşlıq perspektivləri təhlil olunur.
Analitik yazıda qeyd edilir ki, Zəfər Cənubi Qafqazın siyasi xəritəsini dəyişdirib, Azərbaycanın mövqeyini gücləndirib və regionda sülh və inkişaf üçün yeni imkanlar yaradıb.