Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Noyabr ayında avtomobilinizə limon qoyun
Noyabr ayında avtomobilinizə limon qoyun
Ana səhifə

Noyabr ayında avtomobilinizə limon qoyun -TƏKLİF

Xpress.az Redaksiyası 10.11.2025 12:57

Noyabr ayı ilə birlikdə gələn soyuq hava təkcə sürücüləri deyil, avtomobilləri də təsir altına alır. Mütəxəssislər bildirirlər ki, maşına bir ədəd limon və ya portağal qoymaq, hörümçək istilasına qarşı təbii və təsirli bir üsuldur. Bu məlumatı eşidən sürücülər dərhal bu metodu sınamağa başlayıblar.

Payızın tam şəkildə hiss olunduğu noyabr ayında avtomobil sahiblərinə maraqlı bir xəbərdarlıq edilib.
Mütəxəssislərə görə, havalar soyuduqca hörümçəklər isti və qaranlıq yerlərə sığınmağa meylli olur. Bu da avtomobilləri onlar üçün ideal yaşayış məkanına çevirir.
Xüsusilə qarajda və ya açıq havada uzun müddət park halında qalan maşınlarda bu vəziyyət tez-tez müşahidə olunur.

Mütəxəssislər bildirirlər ki, payız və qış aylarında avtomobilin içində hörümçəklərlə qarşılaşmaq düşündüyümüzdən daha yayğındır. Bu kiçik canlılar, xüsusilə mühərrik hissəsində, oturacaq altlarında və torpedoda isti, qaranlıq nöqtələrdə yuva qura bilirlər. Bu hal həm sürüş rahatlığını, həm də təhlükəsizliyi mənfi təsirləyə bilər.

Kimyəvi spreylər əvəzinə təbiətdən gələn bir həll təklif olunur: sitrus qabıqları.
Mütəxəssislər bildirirlər ki, limon, portağal və qreypfrut qabıqlarında olan uçucu yağlar hörümçəklərin uzaq durduğu təbii maddələr ehtiva edir.

Buna görə də, bir neçə parça portağal və ya limon qabığını torpido gözüne, ayaqaltı xalçanın altına və ya oturacaq kənarına yerləşdirmək çox effektlidir.

Sitrus qabıqları təkcə hörümçəkləri uzaq tutmaqla qalmır, həm də avtomobilin içində xoş ətir yaradır.
Üstəlik, kimyəvi tərkibli məhsullarla müqayisədə nə ətraf mühitə, nə də insan sağlamlığına zərər verir.
Bu sadə üsul sayəsində avtomobiliniz həm təravətli qoxuya sahib olur, həm də arzuolunmaz canlılardan qorunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək