Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sumqayıtdan Bakıya gələnlərə
Sumqayıtdan Bakıya gələnlərə
Cəmiyyət

Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Xpress.az Redaksiyası 10.11.2025 14:30

Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya sərnişin daşınmasının həyata keçirilməsi məqsədilə yeni marşrut avtobusu xəttə buraxılacaq.

Xəttə buraxılacaq 500 nömrəli marşrut avtobusu Sumqayıt şəhərindəki Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq. Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun "20 Yanvar" stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.

Sözügedən nəqliyyat vasitəsi Bakı Bus MMC-yə məxsusdur.

Xətt üzrə "BMC Procity CNG" markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.

Məqsəd Ceyranbatan qəsəbəsi ərazisində sərnişin sıxlığını azaltmağa yönəlib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək