Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Meta-nın 16 milyardlıq fırıldaq gəliri ifşa olundu
Meta-nın 16 milyardlıq fırıldaq gəliri ifşa olundu
Cəmiyyət

Meta-nın 16 milyardlıq fırıldaq gəliri ifşa olundu

Xpress.az Redaksiyası 11.11.2025 17:20

Reuters-in əldə etdiyi sənədlər göstərir ki, Meta (Facebook, Instagram və WhatsApp) platformalarında yerləşdirilən fırıldaqçı və qadağan olunmuş reklamlar şirkətə ötən il təxminən 16 milyard dollar gəlir gətirib. Xpress.az-ın xarici KİV-yə istinadən verdiyi xəbərə görə hesabatda bildirilir ki, bu reklamlar saxta onlayn mağazalar, maliyyə fırıldaqları, qeyri-qanuni kazino və tibbi qadağan olunmuş məhsullar ilə bağlı olub. ABŞ-da baş verən onlayn dələduzluqların üçdə biri Meta tətbiqləri vasitəsilə həyata keçirilib.

Şirkətin daxili idarəetmə mexanizmləri çox vaxt belə reklamları bloklamaqda gecikib, menecerlərə isə gəliri 0,15%-dən çox azaltmayacaq tədbirlər seçmək tapşırılıb.

Meta nümayəndəsi Endi Stoun bildirib ki, son 18 ayda fırıldaqçı reklamlardan şikayətlər 58% azalıb və yalnız 2025-ci ildə 134 milyon reklam vahidi silinib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək