Cəmiyyət
Balakən rayonunun yeni icra başçısı kimdir? - DOSYE
Xpress.az Redaksiyası
12.11.2025 13:19
Natiq Nuşravan oğlu Ağayev Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Natiq Ağayev Balakən rayon icra hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, N.Ağayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
O, bu təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi vəzifəsində çalışıb və polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.