Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Hava limanında bu qaydanı etməsəniz
Hava limanında bu qaydanı etməsəniz
Cəmiyyət

Hava limanında bu qaydanı etməsəniz MOBİL TELEFONUNUZ ƏLİNİZDƏN ALINACAQ

Xpress.az Redaksiyası 12.11.2025 18:15

Təyyarə səfərlərində bir çox insan bilmədən vacib bir qaydanı pozur. Rəsmilər, telefonların və digər elektron cihazların şarjlı olması barədə sərnişinləri xəbərdar edir. Əks halda, bəzi hava yolu şirkətlərinin cihazınızı əlinizdən ala biləcəyi bildirilir.

Təyyarələrdə mobil telefon, planşet, noutbuk kimi bəzi elektron cihazları əl baqajında daşımağa icazə verilir.
Lakin təhlükəsizlik nəzarətindən keçərkən bu cihazların işlək vəziyyətdə olması tələb olunur.
Əgər cihazınızın enerjisi tam bitibsə, təhlükəsizlik işçiləri sizdən cihazı açmağınızı istəyə bilər.
Aça bilməsəniz, cihaz təhlükəsizlik riski kimi qiymətləndirilə və əlinizdən alına bilər.

“Elektron cihazlarınızı səyahətdən əvvəl mütləq doldurun. Əgər vəzifəli şəxs cihazınızın açılmasını istəyib, o açılmırsa, təyyarəyə götürülməsinə icazə verilməyəcək.”

Birləşmiş Krallıqda yerləşən, lakin Avropa daxilində uçuşlar zamanı tez-tez qarşılaşa biləcəyiniz Ryanair, EasyJet, TUI və British Airways kimi bir çox hava yolu şirkəti bu təhlükəsizlik qaydasını tətbiq edir.

“Hava limanı təhlükəsizlik işçiləri sizdən telefon, planşet və ya noutbuk kimi cihazlarınızı açmağınızı istəyə bilər. Əgər bunu edə bilməsəniz, cihazı yanınıza ala bilməzsiniz.”

“Təyyarəyə minməzdən əvvəl əl baqajınızdakı cihazların tam doldurulduğundan əmin olun. Aktarmalı uçuşlarda ilk uçuş zamanı enerjini tam bitirməməyə diqqət edin; bəzi hava limanlarında rozet (priz) tapmaq çətin ola bilər.”

“Əgər əl baqajınızda şarj edilə bilən elektron cihaz varsa, təhlükəsizlik nəzarətindən keçərkən tam şarjlı olmalıdır. Bu, Böyük Britaniyada və digər ölkələrdə qüvvədə olan yeni təhlükəsizlik tədbirlərinin bir hissəsidir.”

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək