Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Satış rekordları qıran "qara" diş məcunları -
Satış rekordları qıran "qara" diş məcunları -
Sağlamlıq

Satış rekordları qıran "qara" diş məcunları - Həqiqətən xeyri var?

Xpress.az Redaksiyası 13.11.2025 09:00

Kömür tərkibli diş pastaları indi populyardır, ancaq onların effektivliyi həmişə elmi əsaslarla təsdiqlənmir.

Bunu tibbi eksperti Natalya Urvantseva deyib.

"Qeyri-adi komponentlər, rəngli əlavələr və kömür tərkibli pastalar indi populyardır, çünki vizual olaraq cəlbedici görünür və marketinqdə "detoks", "təbiilik" və "eko" kimi vədlər verilir. Lakin bu pastaların effektivliyi həmişə elmi əsaslarla təsdiqlənmir.

Ağardıcı və kömür tərkibli pastalar ləkələri və rənglənmiş plaku aradan qaldıra bilər, amma onları həddindən artıq və ya gündəlik istifadə etmək təhlükəlidir. Bu, mina təbəqəsinin aşınmasına, dişlərin həssaslaşmasına və estetik bərpa işlərinin pozulmasına səbəb ola bilər. Xüsusilə kömür tərkibli pastalar yalnız qısa kurslar üçün tövsiyə olunur, davamlı istifadə edilməməlidir.

Həkim sonda dişlərin sağlamlığını və təbii ağlığını qorumaq üçün elmi əsaslı komponentlərdən istifadə etməyi məsləhət görüb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək