Alimlər sirri açdılar: Niyə bəzi insanlar 40 yaşında qocalır, bəziləri isə 70 yaşında cavan qalır?
Bioloji yaş həmişə pasport yaşına uyğun gəlmir. Eyni yaşda olan iki insan arasında — məsələn, enerjili 60 yaşlı qadınla yorğun görünüşlü həmyaşıdı arasında — fərq hüceyrə səviyyəsində gedən proseslərlə müəyyən olunur.
Xpress.az xəbər verir ki, Zen kanalı erkən qocalmanın əsas səbəbləri ilə bağlı danışılıb.
1. Xroniki iltihabı azaldın
Xroniki iltihab bədəni daxildən zədələyən səssiz bir prosesdir. Onun əsas səbəbləri arasında həddindən artıq şəkər qəbulu, yuxu çatışmazlığı və daimi stres dayanır. Bu amillər hüceyrələrin fəaliyyətini pozaraq qocalmanı sürətləndirir.
2. Telomerləri qoruyun
Telomerlər — xromosomların uclarında yerləşən qoruyucu qapaqlardır. Hər bir hüceyrə bölündükcə telomerlər bir qədər qısalır. Stressin azaldılması, sosial əlaqələrin qorunması və aktiv həyat tərzi bu prosesi ləngitməyə kömək edə bilər.
3. Mitoxondrilərin fəaliyyətini dəstəkləyin
Yaş artdıqca hüceyrələrin enerji mərkəzləri olan mitoxondrilərin fəaliyyəti zəifləyir. Fasiləli oruc, müntəzəm fiziki hərəkət və antioksidantlarla zəngin qidalar (məsələn, giləmeyvələr, yaşıl çay, qoz-fındıq) bu funksiyanı bərpa etməyə kömək edir.
Ümumilikdə, gəncliyi qorumağın sirri balanslı həyat tərzində gizlidir: hərəkətli olmaq, sağlam qidalanmaq, keyfiyyətli yuxuya üstünlük vermək və pozitiv düşünmək sizi həm fiziki, həm də mənəvi cəhətdən gənc saxlaya bilər.