Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İstilik sisteminə görə sayğacların quraşdırılması...
 İstilik sisteminə görə sayğacların quraşdırılmasına başlandı
Cəmiyyət

İstilik sisteminə görə sayğacların quraşdırılmasına başlandı

Xpress.az Redaksiyası 13.11.2025 13:55

Bu il 60 ədəd istilik sayğacı alınıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Qurumdan qeyd olunub ki, onlar pilot layihə çərçivəsində Nizami rayonundakı bəzi binalarda quraşdırılır.

Bildirilib ki, layihə hələlik yalnız bina səviyyəsində tətbiq olunur və mənzillərə ayrıca sayğaclar qoyulmur:

"Hazırda ödənişlər bu sayğaclarla hesablanmır. Gələcəkdə əhali istehlakçı qrupu üçün sayğacların "Azəristiliktəchizat" ASC və ya dövlət tərəfindən təmin edilməsi, qeyri-əhali qrupu, yəni müəssisələr üçün isə sayğacların onların öz vəsaiti hesabına alınması planlaşdırılır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək